Müasir təhlükəsizlik sistemlərini bütün sutka boyunca – 24 saat
ərzində fasiləsiz davam edən videomüşahidəsiz təsəvvür etmək
qeyri-mümkündür. Texnologiyaların sürətli və güclü inkişafı,
videomüşahidə sistemini baş verən hadisələrin passiv şahidi
olmaq rolundan çıxarmışdır. Süni intellekt vasitəsilə idarə
olunan bu sistem, bundan sonra yalnız biometrik tanınma ilə
məhdudlaşmayacaqdır. Artıq videomüşahidə sistemi müəyyən hərəkət
tərzi və davranış alqoritmlərinə, ştatdankənar vəziyyətlərə də
reaksiya verən geniş bir sahəni əhatə edir.
Təhlükəsizlik sistemlərinə nəzarət məsələsində insan amilinin
rolu böyükdür. Onlarla monitorda baş verənləri izləyən operator
çox qısa bir zaman ərzində ayıq-sayıqlığını itirir. Müşahidəni
həyata keçirən işçi heyət monitor arxasında nə qədər çox vaxt
sərf edirsə, bir o qədər də işin effektivliyi aşağı düşür. Bu da
ki, təbiidir. Çünki, 99 faiz hallarda heç bir şey baş verməyən
monitorların ekranlarına diqqətlə baxmaq və orada şübhəli
məqamları tapmağa çalışmaq – praktiki olaraq qeyri-mümkün bir
işdir.
Lakin süni intellekt vasitəsilə idarə olunan analitik
videomüşahidə sistemi heç zaman yorulmur. O, eyni zamanda
yüzlərlə insanı “tanımağa” və “müşayiət etməyə” qadirdir.
Məsələn, əgər süni intellekt kiminsə çantanı və ya bağlamanı
qoyub, ondan uzaqlaşması kimi proqramlaşdırılmış həyəcan
alqoritmini ekranda müşahidə etsə, təxirəsalınmaz şəkildə
təhlükəsizlik xidmətinin əməkdaşını bu barədə xəbərdar
edəcəkdir. Diqqəti həyəcan siqnalı gəlmiş monitora cəlb edilmiş
operator isə öz vəzifəsini yerinə yetirərək, vəziyyətə reaksiya
verir və müvafiq protokolları işə salır.
"Arsenal Yanğın Söndürmə Sistemləri" şirkəti otaqların və
sahələrin həm daxilində, həm də xaricində videomüşahdə
sistemlərini layihələşdirir, quraşdırır və onlara xidmət
göstərir. Şirkət habelə, sifarişçinin sistemlə işləmək üşün
müəyyən etdiyi işçi heyətinin sertifikatlaşdırılmış təlimini də
həyata keçirir.