UPS şirkətində "Mühasib" vakansiyası

90
Tarix: Sentyabr 2020

UPS şirkətində "Mühasib" vakansiyası

İş barədə məlumat

"UPS" MMC ölkəmizin ən böyük sendviç panel istehsalçılarından biri kimi uzun illərdir ki, tikinti, energetika, kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən şirkətlər üçün bir sıra önəmli təchizat həlləri təklif edir.

- Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, vergi bəyənnamələri, maliyyə-iqtisadi əməliyyatlarını rəsmiləşdirir və icra etmək
- Debitor və kreditor borcların uçotunun aparılması
- Gəlir və xərclərin hesablanması
- Banklarla və digər orqanlarla hesablaşmalar
- Mühasibatlıq modulu üzrə 1C əməliyyatlarının aparılması
- Elektron qaimə-fakturaların və elektron vergi hesab-fakturalarının hazırlanması
- Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi
- İdxal olunmuş malların maya dəyərinin hesablanması
- Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması
- Gəlir və xərc sənədlərinə nəzarət edilməsi
- Vergi hesabatlarının hazırlanması
- Maliyyə hesabatlarının hazırlanması
- Məcburi dövlət sosial sığortası haqqında hesabatların hazırlanması
- Statistika hesabatlarının hazırlanması
- 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00-dan 18:00-dək
- Əmək qanunvericiliyinə əsasən sənədləşmə

Namizədə tələblər

- Ali təhsil - mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə
- Sahə üzrə ən 2-3 il iş təcrübəsi
- Azərbaycan dilində mükəmməl, rus və ingilis dilini orta səviyyədə bilmək
- Kompüter bilikləri: Microsoft office əla səviyyədə
- 1C Mühasibat Proqramını bilmək (1C 8.3 versiyası ilə işləmə)
- Vergi Məcəlləsi üzrə biliklər
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti
- Yaş həddi 23-34

Ünvan: Heydər Əliyev prospekti 115, Caspian Sport Plaza, 3-cü blok, 16-cı mərtəbə, 110-cu otaq.

Uyğun namizədlər “CV”–lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə info@uniprocurment.az mail ünvanına göndərə bilər.